Bu gün polis əməkdaşları yollarda köməksiz vəziyyətdə qalan yüzlərlə sürücü və sərnişinə kömək edib

12:08 | 25.02.2021
Bu gün polis əməkdaşları yollarda köməksiz vəziyyətdə qalan yüzlərlə sürücü və sərnişinə kömək edib

Bu gün polis əməkdaşları yollarda köməksiz vəziyyətdə qalan yüzlərlə sürücü və sərnişinə kömək edib

Hava şəraitinin kəskin dəyişəcəyi ilə müvafiq dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciət etmələrinə baxmayaraq bu gün həmin xəbərdarlığa məhəl qoymadan yollara çıxan sürücü və piyadalara rast gəlindi.
 
Müşahidə olunan hava şəraitində vətəndaşların rahat hərəkətini təmin etmək, eləcə də köməyə ehtiyaci olan, çarəsiz vəziyyətdə qalanların imdadına çatmaq üçün polis həmişə olduğu kimi yenə də iş başında idi.  Yollarda qalan sürücü və piyadaların köməyinə ilk çatan da məhz qarlı havada xidmət aparan polis əməkdaşları oldu.
 
Onların fədakar xidməti sayəsində paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonunda yüzlərlə sürücü və piyadanın mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edildi.










www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM