Bu gün Premyer Liqanın yeni mövsümü üçün püşkatma keçirilәcәk

12:30 | 05.08.2019
Bu gün Premyer Liqanın yeni mövsümü üçün püşkatma keçirilәcәk

Bu gün Premyer Liqanın yeni mövsümü üçün püşkatma keçirilәcәk

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.


AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq.


Mərasimə Peşəkar Futbol Liqasınınprezidenti Ramin Musayev və klub nümayəndələri qatılacaqlar. Ötən mövsüm olduğu kimi, çempionat eyni komandaların iştirakı ilə keçiriləcək. Bunlar "Qarabağ", "Neftçi", "Səbail", "Qəbələ", "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"dir.


Qeyd edək ki, yeni mövsümə avqustun 16-da start veriləcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM