Bu gün saat 6-dan sonra daxil olmuş müraciətlərə baxılmayacaq - MSK sədri

18:52 | 05.09.2024
Bu gün saat 6-dan sonra daxil olmuş müraciətlərə baxılmayacaq - MSK sədri

Bu gün saat 6-dan sonra daxil olmuş müraciətlərə baxılmayacaq - MSK sədri


Mərkəzi Seçki Komissiyası bu gündən ancaq poçtla daxil olan və müəyyən edilmiş 3 günlük müddəti əhatə edən şikayətlərə baxacaq.Bunu Komissiyanın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, qanuna əsasən, müraciətlər üçün ayrılan vaxt başa çatıb:
"Poçtla göndərilən müraciətlərdə isə ştamp vurulan tarix 3 günlük müddətə uyğun gələn müraciətlər MSK-da müzakirəyə çıxarılacaq. Tələbimiz budur ki, araşdırma ciddi aparılsın".

MSK sədri bildirib ki, bu gün saat 6-dan sonra gələn müraciətlərə baxılmayacaq, çünki müddət bitib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM