Bu gün Şəhid Nəcəf Hüseynovun doğum və şəhidlik zirvəsinə ucalan gündür - VİDEO+FOTOLAR

12:49 | 30.09.2021
Bu gün Şəhid Nəcəf Hüseynovun doğum və şəhidlik zirvəsinə ucalan gündür - VİDEO+FOTOLAR

Bu gün Şəhid Nəcəf Hüseynovun doğum və şəhidlik zirvəsinə ucalan gündür - VİDEO+FOTOLAR

Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Nəcəf Hüseynovun doğum günüdür. 
 
Həmçinin, Azərbaycan ordusunun hərbiçisi ötən ilin bu günü şəhid olub. 

Anews.az-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə şəhidin ailə üzvləri, dostları və iş yoldaşları məzarını ziyarət edib. Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

Nəcəf Hüseynov 1992-ci il sentyabrın 30-da Gədəbəyin Arıqıran kəndində anadan olub.

Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmətçisi olan Nəcəf Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Nəcəf Hüseynov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonu Arıqıran kənd qəbirstanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
 
Zaur Qənbərov


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM