Bu gün şəhid Turxan Allahverdiyevin doğum günüdür - FOTOLAR

19:37 | 05.04.2021
44 günlük Vətən müharibəsində şəhid olmuş  Turxan Allahverdiyev yaşasaydı onun 25 yaşı tamam olacaqdı.

Turxan Allahverdiyev  5 aprel 1996-cı ildə Gədəbəy rayon İnəkboğan kəndində anadan olub.  II Qarabağ müharibəsi başlayan ilk gündən Füzuli istiqamətində döyüşə qatılıb. Şuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı öz komandirini yanan maşından xilas edərkən düşmən gülləsinə tuş gələrək qəhramancasına şəhid olub.

Şəhid Turxan Allahverdiyev 12 noyabr 2020-ci ildə Gədəbəy rayon İnəkboğan kənd qəbirstanlığında dəfn edilmib. 
Allahverdiyev ölümündən sonra bir sıra medallarla təltif edilib. 

Şəhidin doğüm günü münasibəti ilə məzarı ziyarət edilib. Daha sonra  ailəsi ziyarət olunub. Gədəbəy rayon İnəkboğan kənd icra nümayəndəsi Şahin Kazımovun təşkilatçılığı ilə şəhidə ehsan məclisi təşkil edilib. Məclisdə rayon ağsaqqaları, ziyalıları, kənd sakinləri, rəhbər şəxslər və deputat Arzu Nağıyevin köməkçisi iştirak ediblər. 









www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM