Bu gün və sabah bu ərazidə işıq olmayacaq

10:15 | 16.04.2019
Bu gün və sabah Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-dən Anews.az-a verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.

www.anews.az
loading...