Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq

09:20 | 10.05.2021
Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq

Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq

Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır. 
 
Peyvənd olunmaq istəyən şəxslər könüllülük prinsipi əsasında "randevu.its.gov.az” saytında qeydiyyatdan keçməlidirlər.
 
Randevu sistemi "Sinovac” vaksini üçün yaşı 40 və daha yuxarı, "Vaxzevria” vaksini üçün yaşı 60 və daha yuxarı olan, həmçinin son 6 ay ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.
 
"Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
 
18 yanvardan indiyədək Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 687 397-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb