Bütün dünya sistem administratorları iyunun 30-da əlavə bir saniyəni tətbiq etmək niyyətindədirlər.
Oxu.Az xəbər verir ki, ayın sonunda Yer kürəsinin Günəş ətrafında bir saniyə ləng fırlanması nəticəsində saatların korrektəsi ediləcək.
Mütəxəssislər kompüterlərin ayarlanmasında problemlərin yaranmasından narahatdırlar, burada 59-cu saniyədən sonra 60 rəqəmi peyda olacaq.
Ən çox bank işçiləri narahatdırlar: bu, əlavə saniyə ödəmə sistemlərini sıradan çıxara bilər.
Saniyənin əlavə edilməsinə İT mütəxəssisləri müşahidə edəcək. Son dəfə bu qəbildən olan korrektə 2012-ci ildə aparılmışdı. O zaman bir neçə server kompüteri sıradan çıxmışdı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !