• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bu gündən Gədəbəyə də giriş dayandırıldı - SON DƏQİQƏ

Bu gündən Gədəbəyə də giriş dayandırıldı - SON DƏQİQƏ
29.05.2020 07:06
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Gədəbəy rayonuna maşınların giriş və çıxışı dayandırılıb, bu barədə Anews.az-a Gədəbəy rayon İcra hakimiyyətindən məlumat verilib. 
 
"Bu gün səhərdən Gədəbəy rayonunun girişində yerləşən Xar-Xar kəndi yaxınlığında post qurulub. Maşınların giriş və çıxığı dayandırılıb. Buna səbəb koronavirusa yoluxmanın qarşısını almaqır. O cümlədən Gədəbəy rayonu daxilində  nəqliyyat və taksilərin hərəkətinə də məhdudiyyət qoyulub",  - deyə Gədəbəy İcra hakimiyyətindən bildirilib.
 
Rayon ərazisində maska və spirt qıtlığı da yaşanır. Gədəbəy şəhərinin 9 aptekindən müxbirimizə bildiriblər ki, "Avromed" və "Zeytun" şirkətlərinin depoları apteklərin sifarişlərini yerinə yetirmir, bölgəyə maska və spirt göndərilmir. 
 
Etibarlı mənbələrdən alınan məlumata görə, hələlik Gədəbəy ərazisində koronavirusa yoluxma halı qeydə alınmayıb, amma Şəmkir rayonu ərazisində xəstələrin olduğu bildirilir. 
 
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah hələ məlumat yaymayıb. 
 
Zaur Qənbərov


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol