Bu günə qədər AÇG və “Şahdəniz”dən 558 mln ton neft ixrac edilib

12:29 | 20.03.2021
Bu günə qədər AÇG və “Şahdəniz”dən 558 mln ton neft ixrac edilib

Bu günə qədər AÇG və “Şahdəniz”dən 558 mln ton neft ixrac edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və "Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən martın 1-dək təqribən 558,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə Energetika Nazirliyinin bu ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlara əsasən xəbər verir.

Məlumata görə, AÇG-dən 527,8 milyon ton xam neft, "Şahdəniz”dən isə 30,9 milyon ton kondensat çıxarılıb.

"Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin martın 1-dək 558 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM