Bu iki ölkədə ilk ölüm qeydə alınıb

16:21 | 28.03.2020
Bu iki ölkədə ilk ölüm qeydə alınıb

Bu iki ölkədə ilk ölüm qeydə alınıb

Toqo və Bruneydə koronovirus yoluxmadan ilk ölüm hadisələri qeydə alınıb.

"Report” xəbər xəbər verir ki, məlumatları TASS yayıb.

Bildirilib ki, Toqoda ölən şəxs martın 17-də Belçikadan qayıdıb. Qeyd edilib ki, o,astmadan əziyyət çəkirmiş və koronavirusa yoluxması xəstəliyini gücləndirib.
Məlumata görə, Toqoda martın 29-dək 25 yoluxma faktı qeydə alınıb.

Toqo Afrikanın qərbində yerləşir. Ölkə qərbdən Qana, Şərqdən Benin, Şimaldan Burkina-Faso ilə həmsərhətdir. Cənubdan Qvineya körfəzinə çıxışı var. Paytaxtı Lome şəhəridir.Əhalisi 7 milyondan çoxdur.
 

Bruney hakimiyyəti də ölkədə koronovirusdan ilk ölüm faktını təsdiqləyib.

Bildirilib ki, vətəndaş martın 4-də Kambocadan qayıtdıqdan sonra martın 12-də virusa yoluxduğuna dair diaqnoz qoyulub. 64 yaşlı həmin şəxs Bruneydə koronavirusa yoluxan 25-ci adam olub. Martın 16-dan intensiv malicə edilsə də martın 27-də ölüb.

Bruneyin Səhiyyə Nazirliyi ölkə üzrə 115 nəfərin virus yoluxduğunu təsdiqləyib. Hazırda ölkə üzrə karatində 1 140 nəfər saxlanılır.

Bruney, yaxud rəsmi adı ilə Bruney Sülh Dövləti (malayca Negara Brunei Darussalam) cənub-şərqi Asiyada, Cənubi Çin dənizi sahillərində yerləşir. Ölkənin gəlir qaynaqlarını əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır. Dünyanın ən varlı insanları arasında adı çəkilən Bruney Sultanı Hassanal Bolkiahdır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb