Bu il 20 uşaq himayədar ailələrə verilib

20:07 | 19.07.2024
Bu il 20 uşaq himayədar ailələrə verilib

Bu il 20 uşaq himayədar ailələrə verilib

2024-cü ildə 20 uşaq himayədar ailələrə verilib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, reinteqrasiya tədbirləri nəticəsində 123 uşaq müəssisələrdən öz ailələrinə qaytarılıb.

Ötən ildən tətbiqinə başlanılan "Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti olaraq ailə yanında yerləşdirilməsini, onların dövlət nəzarəti altında ailə mühitində böyüməsini və inkişafını nəzərdə tutan alternativ uşaq qayğı modelidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM