2021-ci ildə dünya üzrə rekord sayda, 293 jurnalist həbs edilib, bu barədə Jurnalistləri Müdafiə Beynəlxalq Komitəsinin dekabrın 9-da yaydığı hesabatda bildirilib.
Hesabata əsasən, 2021-ci ildə peşə vəzifəsini yerinə yetirərkən azı 24 jurnalist ölüb, 18 jurnalistin ölüm şəraiti barədə isə dəqiq məlumat yoxdur. 2021-ci ildə 19 jurnalist peşə fəaliyyətini icra edərkən, 3-ü "qaynar nöqtədə”, 2-si isə küçədəki etiraz yürüşlərində öldürülüblər.
Hüquq müdafiəçiləri müqayisə üçün bildiriblər ki, 2020-ci ildə 280 jurnalist həbs edilmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !