Bu il 3 milyona yaxın turistin Azərbaycana gəlməsi planlaşdırılır - Kənan Qasımov

12:06 | 08.05.2024
Bu il 3 milyona yaxın turistin Azərbaycana gəlməsi planlaşdırılır - Kənan Qasımov

Bu il 3 milyona yaxın turistin Azərbaycana gəlməsi planlaşdırılır - Kənan Qasımov

2024-cü ildə 2 milyon 900 min turistin Azərbaycana gəlməsi planlaşdırılır. Bunu  Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib. 
 
O bildirib ki, COVİD-19 pandemiyasından sonrakı dövrdə Azərbaycanda turizim gəlişi 2019-cu illə müqayisədə azalıb. 
 
"2019-cu ildə Azərbaycana gələn turistlərin sayı ən pik həddə idi, 3 milyon 200 nəfərə yaxın turist Azərbaycana gəlmişdi.  COVİD-19 pandemiyasından sonrakı dövrdə azalma müşahidə olundu. Biz ötən illərdə bunun bərpası prosesi üzrə işlər görürük. Bərpa prosesi tam olaraq yekunlaşayıb. 2024-cü il üçün əsas gözləntimiz 2019-cu ildəki rəqəmlərə çox yaxınlaşmaqdır. Biz 2 milyon 900 min turistin Azərbaycana gələcəyini düşünürük.
İndiyə qədərki göstərici onu deməyə əsas verir ki, kifayət qədər artım tempi var. Ötən illə müqayisədə son ayda 36% -ə yaxın artım müşahidə edilib. Hələ ki, 2019-cu il rəqəmlərindən geri qalırıq. Ümid edirik ki, turizm mövsümündə ölkəyə gələnlərin sayı 2019-cu il rəqəmlərimizə çatmağımıza köməklik edəcək və Azərbaycanda turizmin bərpa ili yekunlaşacaq", - Qasımov "Turizm inkişafı " işçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər adlı tədbirdə jurnalistlərin sualını cavablayarkən qeyd edib. 
 
COP29 tədbirinin keçirilməsinin dünyada ən böyük iştirakçı cəlb edən tədbir olduğunu vurğulayan aparat rəhbəri bildirib ki, Dövlət Turizm Agentliyi iki istiqamətdə işləri təşkil edib.
 
"COP29 tədbiri iştirakçı sayı baxımından dünyada ən böyük iştirakçı cəlb olunan tədbirlərdən biridir. Azərbaycan da bu tədbirə ev sahibliyi etmək hüququnu əldə etdikdən sonra hazırlıq prosesinə başlayıb. Azərbaycan digər tədbirlərdə olduğu kimi bu tədbirin keçirilməsində də ciddi səylər ortaya qoyur. Düşünürük ki, bunun keçirilməsində hər hansı problemimiz olmayacaq. Digər tədbirlər kimi, bu tədbirin də yüksək səviyyədə keçirilməsinə nail olacağıq. Bu tədbirin iki istiqaməti var, təşkilati işlər və digər tərəfdən isə daha çox məzmun üzərindən verəcəyimiz siyasi mesajlar- bu istiqamətdə dünya üzrə iqlim dəyişikliyinə verəcəyimiz töhvə məsələləri var. Dövlət Turizm Agentliyi olaraq hər iki istiqamətdə işimizi təşkil etmişik. Həm gələcək qonaqların yerləşdirilməsi, bu istiqamətdə kordinasiya işlərinin təşkili, eyni zamanda iqlim dəyişikliyi fonunda turizmə təsirlərin azaldılması istiqamətində turizm təşkilatı, digər beynəlxalq təşkilatlarla iş birliyi qurmuşuq. Bu istiqamətdə işlərimizi davam etdiririk", - o söyləyib.
 
Aygün Mirakif 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb