Bu il 8 milyard kubmetrdən artıq qaz hasil edilib

10:51 | 12.03.2024
Bu il 8 milyard kubmetrdən artıq qaz hasil edilib

Bu il 8 milyard kubmetrdən artıq qaz hasil edilib

2024-cü ilin iki ayında Azərbaycanda 240 mln. kubmetr artımla hasil edilmiş 8,2 mlrd. kubmetr qazın 4,1 mlrd kubmetri ixrac olunub. Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

Cari ilin yanvar - fevralında neft-kondensat hasilatı 4,8 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,9 mln. ton olub.

"Bu ilin yanvar - fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,9 mln. ton olub. Bu dövrdə 240 mln. kubmetr artımla hasil edilmiş 8,2 mlrd.m kubmetr qazın 4,1 mlrd. kubmetri ixrac olunub", - paylaşımda qeyd olunub.
 
Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.
 
2023-cü ildə "Şahdəniz" yatağından  təxminən 35 milyon barel kondensat (4 milyon tondan çox) hasil edilib ki, bu da 2022-ci illə müqayisədə 2,8% azdır.

Türkiyəyə Azərbaycanın "Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.
 
15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri "Şahdəniz” Mərhələ-1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

"Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni "Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda "Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.
 
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM