Bu il aqrar sektorda çalışanlara nə qədər güzəştli kredit verilib?- AÇIQLAMA

09:53 | 19.09.2023
Bu il aqrar sektorda çalışanlara nə qədər güzəştli kredit verilib?- AÇIQLAMA

Bu il aqrar sektorda çalışanlara nə qədər güzəştli kredit verilib?- AÇIQLAMA

2023-cü ilin yanvar-avqustunda Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 5056 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib. Bu barədə "Azərbaycan iqtisadiyyatı" telegram kanalının Aqrar Tədqiqatlar Mərkəzinin hesabatında bildirilib.
 
Hesabata görə, bu ilin yanvar-avqustunda aqrar sektorda fəaliyyət göstərən 2662 fiziki və hüquqi şəxsə 54,18 milyon manat məbləğində güzəştli kredit verilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə güzəştli kredit alanların sayı 8,8 faiz (215 nəfər), kredit məbləği isə 32,8 faiz (13,38 milyon manat) artıb.

Hesabat dövründə verilən kreditlərin 40,89 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 350 min manatı güzəştli kreditlər, 12,95 milyon manatı isə mikrokreditlərdir.

2022-ci ildə Mərkəzi Aran Regionunda fermer və təsərrüfatlara 350 min manata yaxın sığorta ödənişi edilib.

Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.

Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən,  Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm,  qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
 
Aqrar Sığorta Fondunun çağrı mərkəzinin əlaqə nömrəsi 1651-dir.
 
Aytac Zeynalova



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM