Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Şirvanda yeni pambiqyığan kombaynların təqdimatı ilə bağlı tədbirdə deyib.
Qeyd edilib ki, indiyədək 4000-dən çox texnikanın pambıq istehsalı ilə məşğul olan fermerlərə xidmət göstərilməsi məqsədilə istifadəyə verilməsi həyata keçirilmiş, qalan texnikaların isə istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir.
Eyni zamanda şəkər çuğundurunun istehsalı ilə əlaqədar 312 ədəd, digər kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar 3042 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları da cari il ərzində respublikaya gətirilib.
Qalan texnikalar isə cari ilin sonuna kimi respublikaya gətirilərək sahibkarların istifadəsinə veriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !