Azərbaycanda əmtəəlik qaz hasilatının həcmi 213,5 mlrd. kubmetr təşkil edib.
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 28 792,8 min ton xam neft hasil olunub.
"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 28 755,4 min tonu əmtəəlik xam neft olub.
Bu ilin 9 ayında Azərbaycanda neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 8% az olub.
Hesabat dövründə Azərbaycanda qaz hasilatının həcmi 21,091 mlrd. kubmetr təşkil edib ki, bu həcmin də 13 509,7 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Yanvar-sentyabr aylarında ölkədə qaz hasilatının həcmi ötən ilin müvafiq dövründən 5,3%, əmtəəlik təbii qazın həcmi isə 3,4% az olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !