İş yerlərinin 87,5 faizi qeyri-dövlət sektorunda açılıb
Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 aprel 2017-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 526,2 min olmaqla 430,7 min daimi iş yerləri yaradılıb.
"Report”un xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2017-ci ilin I rübü ərzində ölkədə 86,4 min yeni, o cümlədən 79,6 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 87,5 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 23,1 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 76,2 faizi regionların, o cümlədən 25,7 faizi Aran, 13,9 faizi Lənkəran, 11,3 faizi Gəncə-Qazax, 5,8 faizi Dağlıq Şirvan, 5,7 faizi Şəki-Zaqatala, 5,6 faizi Abşeron, 4,7 faizi Quba-Xaçmaz, 3,2 faizi Yuxarı Qarabağ, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Daimi iş yerlərinin 5,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 13,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 80,1 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !