• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Azərbaycanda 9 minə yaxın kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb

Bu il Azərbaycanda 9 minə yaxın kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb
07.12.2019 17:20
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr həsr olunmuş tədbir keçirilib.
 
Bu barədə "Report”a nazirlikdən bildirilib.
 
Məlumata görə, tədbirdə AXA-nın sədri Seymur Mövlayev, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin sektor müdiri Faiq Bayramov və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin texniki nəzarətin təşkili üzrə mütəxəssisləri iştirak ediblər.
 
S.Mövlayev bildirib ki, AXA-nın əsas hədəfləri, daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin əlçatanlığını təmin etmək, keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir.
Tədbirdə Agentliyin şöbə müdiri Azər Qarayev "2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə” məlumat verərək bildirib ki, bu ilin 11 ayı ərzində Agentlik tərəfindən 8 958 ədəd nəqliyyat vasitələri dövlət qeydiyyatına alınması, 1 136 ədəd nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi, 2 791 nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, 32 921 ədəd nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, 1 231 ədəd inzibati xəta üzrə protokolun tərtib edilməsi həyata keçirilib. Eyni zamanda bu sahədə mövcud problemlər, onların həlli istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib.
 
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin sektor müdiri Faiq Bayramov AXA tərəfindən texnikaların elektron qeydiyyat
sisteminin və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib, həmçinin texnikadan istifadənin səmərəliliyini artırmaq üçün zəruri tədbirlərin görülməsini məqsədəuyğun hesab edib.
 
Tədbirdə iştirak edən Dövlət Aqrar İnkişaf Mərkəzinin texniki nəzarətin təşkili üzrə sektor rəhbərlərinin yerlərdəki vəziyyəti barədə məruzələri dinlənilib, müvafiq təkliflər səsləndirilib.
 
Tədbirin sonunda S.Mövlayev texnikaların qeydiyyatının və baxışının vaxtında aparılması, günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrini, texnikaların uçotunun dəqiqləşdirilməsini, istismar müddəti bitmiş texnikaların dövriyyədən çıxarılmasını, sürücülük vəsiqələrin verilməsinin sürətləndirilməsini, vaxtaşırı monitorinqlərin həyata keçirilməsini, vətəndaşlara layiqincə xidmət göstərilməsini, işə məsuliyyətin daha da artırılmasını, verilən tapşırıqların keyfiyyətlə və layiqincə yerinə yetirilməsini, etik davranış qaydalarına əməl olunmasını və qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə etmələrini tövsiyə edib, mövcud problemlərin qısa zamanda aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol