Bu il Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəlikləri və Azərbaycan Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsinin keyfiyyətini yüksəltmək üçün "Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqlar peyk rabitəsi ilə təchiz ediləcək.
Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərininyaxşılaşdırılması üzrə Tədbirlər Planında peyk xidmətləri üzrə görüləcək işlər sırasında yer alıb.
Bununla yanaşı, Tədbirlər Planında "Azerspace-1” peykinin tutumunun satışı üzrə tədbirlərin görülməsi, "Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması üzrə müvafiq müqavilələrin bağlanması, "Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində peykin idarə edilməsi və xidmətlərin göstərilməsininetibarlılığını artırmaq üçün alternativ elektrik enerjisi xəttinin çəkilməsi, həmçinin "Azersky” müşahidə peykinin yerüstü sisteminin 1-ci mərhələsinin istifadəyə verilməsi məsələləri əksini tapıb.//İctnews.az
Bizi sosial şəbəkələrdə izləyin !