Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 119 km qaz kəməri əsaslı təmir olunub.
"Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-iyul ayları ərzində 957,8 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 119,3 km qaz kəməri əsaslı təmir olunub. Bu barədə "Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 37 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !