Cari ildə nə qədər zərərli elektron poçtların qarşısı alınıb? - Açıqlama

11:13 | 20.12.2023
Cari ildə nə qədər zərərli elektron poçtların qarşısı alınıb? - Açıqlama

Cari ildə nə qədər zərərli elektron poçtların qarşısı alınıb? - Açıqlama

2023-cü il ərzində bir milyon 416 min zərərli elektron poçtların dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

"Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət xidməti mütəmmadi olaraq dövlət qurumlarının informasiya sistemlərinə audit və monitorinq keçirməklə onların informasiya təhlükəsizliyinə nəzərdə operativ olaraq qiymətləndirib. Bununla yanaşı cari ildə dövlət orqanlarının internet informasiya ehtiyyatlarının və elektron poçt ünvalarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülmüş tədbirlər nəticəsində 1 milyon 416 min zərərli tətbiqli elektron poçtun dövlət qurumları əməkdaşlarından göndərilməsinin qarşısı alınıb",- qurum rəsmisi dekabrın 20-də MEDİA-nın keçirdiyi konfransda çıxışında bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM