Bu il doğulan körpələrdən 424-ü əkizdir

17:43 | 17.04.2017
Bu il doğulan körpələrdən 424-ü əkizdir

Bu il doğulan körpələrdən 424-ü əkizdir

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13686 nəfər və yaxud 0,1 faiz artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9823667 nəfərə çatıb.

ANN.Az xəbər veirr ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 113 nəfər olmuşdur.

Əhalinin ümumi sayının 53,0 faizi şəhər, 47,0 faizi isə kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil etmişdir. Körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2 uşaq düşür.

2017-ci ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 306 nəfər gələn və 198 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 108 nəfər təşkil etmişdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM