Bu il dünyada 70-dən çox jurnalist öldürülüb

20:42 | 03.07.2015
Bu il dünyada 70-dən çox jurnalist öldürülüb

Bu il dünyada 70-dən çox jurnalist öldürülüb

2015-ci ilin birinci yarısında bütün dünyada vəzifəsini yerinə yetirərkən ən azı 71 jurnalist ölüb ki, bu da ötən ilki göstəricidən 7 faiz çoxdur.

Modern.az bildirir ki, bu haqda mənzil-qərargahı Cenevredə yerləşən, jurnalistlərin təhlükəsizliyi məsələləri ilə məşğul olan Press Emblem Campaign (PEC) müstəqil təşkilatının hesabataında qeyd edilir.

Bildirilir ki, Fransa, Yəmən, Suriya, Liviya, İraq və Ukraynada ölən jurnalistlərin sayıə 40-dan az olmayıb. Onların ölümünə terror aktları, yaxud hərbi qarşıdurmalar səbəb olub. 30 jurnalist cinayət qurbanı olublar.
Ən çox jurnalist Yaxın Şərqdə və Şimali Afrikada  (son yarım ildə 23 nəfər) ölüb.

Latın Amerikasında ölən jurnalistlərin sayı 17, Avropada isə 13-dür. Jurnalistlər üçün ən təhlükəli ölkələr İraq və Fransadır. Burada ilin əvvəlində terrorçular satirik jurnalıstlərini güllələyiblər. Təşkilatın hesablamasına görə, üçüncü yerdəki Ukraynada 4 nəfər jurnalist ölüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM