ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, "Bloomberg”in apardığı araşdırmaya görə, ekspertlər bu il Asiya və Afrika ölkələrinin iqtisadi inkişafın lideri olacağını proqnozlaşdırıblar. Ən sürətli inkişaf edən ölkə isə iqtisadiyyatında 7% artım müşahidə olunacaq Çin olacaq. İkinci və üçüncü yerləri Filippin və Keniya tutub. İlk beşliyə Hindistan və İndoneziya, ardınca isə Nigeriya, Malayziya, Peru, Tailand və Birləşmiş Ərəb Əmirliyi daxildir.
Xatırladaq ki, dünyanın ikinci ən böyük bankı olan HSBC-nin proqnozlarına görə də 2050-ci ilə qədər dünyanın ən iri iqtisadiyyatı Çində, daha sonra Hindistanda müşahidə olunacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !