Bu il həyatın yaşam sığortasına yatırımlar 35%-ə yaxın artıb

12:40 | 23.09.2023
Bu il həyatın yaşam sığortasına yatırımlar 35%-ə yaxın artıb

Bu il həyatın yaşam sığortasına yatırımlar 35%-ə yaxın artıb


2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 355 milyon 739 min manata bərabər olub.
 
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34.8% və ya 91 milyon 770 min manat çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında həyat sığorta şirkətləri 263 milyon 969 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 94.3%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 93.3% təşkil etmişdi.

Cari ilin ilk 8 ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 24.4% artaraq 193 milyon 407.9 min manata çatıb. Ötən ilin ilk 8 ayında bu sığorta növü üzrə ödənişlər 155 milyon 455,6 min manat təşkil edib.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM