Bu il istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb

21:00 | 25.04.2017
Bu il istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb

Bu il istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb

Onlardan 2 hadisə qrup halında baş verib

REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2017-ci ilin birinci rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb.
 
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlardan 2 hadisə qrup halında baş verib.

Qeyd olunan istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb.

 İstehsalat qəzalarının daha çox tikinti və nəqliyyat, emal sənayesi və mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən olunub. İstehsalatla əlaqəli bədbəxt hadisələrin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə təhqiqat işləri aparılıb və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin edilib.

Xidmət tərəfindən işəgötürənlər arasında işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə məlumatlandırma işləri də aparılıb. Xüsusən istehsalat qəzası riski yüksək olan müəssisələrdə əməyin təhlükəsizliyinin təmin olunması və qəzaların qarşısının alınması üçün önləyici tədbirlərlə bağlı işəgötürənlərə ətraflı məlumatlar verilib, onlara müvafiq metodiki kömək göstərilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM