2022-ci ilin 10 ayında dünyanın 176 ölkəsindən 1323,2 min turist gəlib. Bu barədə Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 27,4 faizi Rusiya, 19,4 faizi Türkiyə, 10,8 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Özbəkistan, 1,5 faizi Küveyt, 1,3 faizi Oman, 1,1 faizi Belarus, 11,0 faizi digər ölkələrin vətəndaşları olub.
Turistlərin 74,6 faizini kişilər, 25,4 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 105,4 dəfə, Omandan - 70,8 dəfə, Səudiyyə Ərəbistanından - 35,6 dəfə, Pakistandan - 22,3 dəfə, Hindistandan - 15,4 dəfə, Özbəkistandan - 6,5 dəfə, Qazaxıstandan - 5,3 dəfə, İsraildən - 4,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 4,2 dəfə, ABŞ-dan - 3,2 dəfə, Almaniyadan - 2,7 dəfə, Fransadan - 2,4 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, Ukraynadan - 1,7 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 44,1 faiz, Gürcüstandan - 28,3 faiz artıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !