Bu il rus dilində təhsil alan şagirdlərin sayı AÇIQLANDI

11:14 | 24.09.2021
Bu il rus dilində təhsil alan şagirdlərin sayı AÇIQLANDI

Bu il rus dilində təhsil alan şagirdlərin sayı AÇIQLANDI

2021-2022-ci tədris ilində Azərbaycanda 161.246 min şagirdin rus dilində təhsil alacağı gözlənilir, bu da ümümi təhsil alacaq şagirdlərin 10.4 faizini təşkil edir. Bu barədə Təhsil Nazirliyi anews.az-ın sorğusuna cavab olaraq bildirib.
 
Azərbaycanda 4435 məktəbin 336-sında rus dilinə tədris həyata keçirilir. 

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Onlardan 158 608-i I sinifdə , 132 881-i IX sinifdə, 91 538-i isə XI sinifdə təhsil alacaq. Məktəbəhazırlıq qruplarında isə 117 176 şagirdin təhsilə cəlb olunacağı nəzərdə tutulub.
 
 Bu il Azərbaycanda yeni tədris ilinə 22 sentyabrdan start verilib. l-IV siniflər üzrə dərslər 22 sentyabr, V-XI siniflər üzrə və ali təhsil müəssisələrində isə dərslərin 29 sentyabrda başlaması proqnozlaşdırılıb. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM