Bu il “Məktəblinin Dostu” layihəsi regionlarda fəaliyyətə başlayıb

15:12 | 24.05.2024
Bu il “Məktəblinin Dostu” layihəsi regionlarda fəaliyyətə başlayıb

Bu il “Məktəblinin Dostu” layihəsi regionlarda fəaliyyətə başlayıb

2024-cü ildə uşaqlara dəstək məqsədilə yaradılan "Məktəblinin Dostu” layihəsi regionlarda -  Gəncə, Cəlilabad, Masallı və Lənkəranda fəaliyyətə başlayıb. Bunu Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

 

 


"Bu layihənin məqsədi uşaqlara daha təhlükəsiz mühit yaradılması, fövqəladə hal baş verdikdə ilkin yardım göstərilməsidir. Bu il də artıq layihə regionlarda da fəaliyyətə başlayıb. 2016-2024-cü illərdə layihə ilə 13 min uşağa ilkin yardım göstərilib", - Ağayev mayın 24-ü "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması :imkanlar və perspektivlər" elmi -praktiki konfransda çıxışı zamanı qeyd edib.
 
O bildirib ki, məktəblərdə siqaret çəkmə halı yoxdur, lakin elektron qəlyanlar və s. olur ki, bununla bağlı profilaktik işlər aparılır.
 
 
"Məktəblinin Dostu" layihəsi 2026-cı ildən məktəblərdə tətbiq olunmağa başlayıb. Hazırda layihə Bakıda 191, Abşeronda 12, Sumqayıtda 23 olmaqla ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 300 əməkdaş – məktəblinin dostu çalışır.

Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM