Bu il neçə uşaq "ASAN Məktub"-a müraciət edib? - RƏSMİ

17:42 | 23.10.2021
2021-ci ilin 10 ayında "ASAN Məktub” sosial proqramı çərçivəsində 347 uşaq məktub göndərib.  Müraciət edənlərdən 204 uşağın məktubu üzrə arzuları  reallaşdırılıb.
 
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  (ASAN xidmət) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə,  bu il göndərilən məktubların 211-i  bölgələr, 136-nı isə Bakıda yaşayan uşaqlara yazıb.
 
"ASAN Məktub” sosial proqramı yaranandan indiyədək 6593 müraciət daxil olub və bunlardan 6450-i uzrə uşaqların istəyi reallaşdırılıb.
 
"ASAN Könüllüləri” Təşkilatının  "ASAN Məktub” sosial proqramı 2015-ci ildə yaranıb. Sosial proqram çərçivəsində 3 yaşdan 14 yaşadək qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazır və yazdıqları məktublara xeyirxah insanlar tərəfindən cavab tapır.




 
Ləman Qasımova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti