2023-cü ilin on bir ayında Azərbaycan 96 667,59 min ABŞ dolları dəyərində 100 738,25 ton qara metal ixrac edib, bu da ötən ilin göstəricisi ilə müqayisədə 25,8%, həcmi isə 28,9% azdır.
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabtında bildirilib.
Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 3,19% təşkil edib.
Ötən il Azərbaycan 136 539,76 min ABŞ dolları dəyərində 147 394,57 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.
2022-ci ildə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,48% təşkil edib.
Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 17,5% artıb, həcmi isə 0,21% azalıb.
2022-ci ilin yanvar-avqustunda ölkəyə dəyəri 91 933,77 min dollar (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 2 dəfədən çox) təşkil edən 8 210 vahid (13,5% çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 9060,58 min dollar (4,9 dəfə çox) dəyərində 267 vahid (212 vahid çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !