Bu il qazlaşdırılan yaşayış məntəqələrinin sayı açıqlanıb

13:33 | 15.09.2023
Bu il qazlaşdırılan yaşayış məntəqələrinin sayı açıqlanıb

Bu il qazlaşdırılan yaşayış məntəqələrinin sayı açıqlanıb

2023-cü ildə 150 kənd və yeni yaşayış massivində qaz infrastrukturunun qurulması nəzərdə tutulub. Bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq qapı" aksiyası zamanı jurnalistlərə bildirib.
 
O bildirib ki,qazlaşdırma işləri çərçivəsində 100 yaşayış məntəqələrində daşıyıcı və paylayıcı qaz təsərrüfatı infrastrukturunun qurulması işləri tamamlanıb.
 
"Proqramda nəzərdə tutulan yaşayın məntəqəsinin ötən il "Azəriqaz” tərəfindən 110 yaşayış məntəqəsində daşıyıcı və paylayıcı qaz infrastrukturunun qurulması işləri həyata keçirili",- o əlavə edib.
 
2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM