Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub

19:30 | 11.09.2024
Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub

Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub

2024-cü ilin I yarımili üzrə baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumata əsasən bu ilin I yarımili üzrə qida zəhərlənmələri ilə bağlı agentliyə 238 müraciət daxil olub. Onlardan 45 zəhərlənmə faktı öz təsdiqini tapıb.

Agentlikdən bildirilib ki, 422 zərərçəkən qida zəhərlənməsi ilə əlaqədar qeydiyyata alınsa da müraciətlərdən 154-ü təsdiq olunub.

Statistikaya görə, bir nəfər qida zəhərlənməsi səbəbindən həyatını itirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti