• $ 1.7
  • € 1.9359
  • ₽ 0.020852
  • ₺ 0.0444
  • £ 2.2618

Bu il Rusiyaya gedən miqrantların rəqəmsal profilləri yaradılacaq

Bu il Rusiyaya gedən miqrantların rəqəmsal profilləri yaradılacaq
04.01.2025 09:17
Rusiyaya daxil olan miqrantların statusuna nəzarəti asanlaşdırmaq üçün 30 iyun 2025-ci il tarixindən etibarən şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profil formalaşdırılacaq.

"Report” xəbər verir ki, iyunun 30-dan etibarən istənilən buraxılış məntəqəsindən Rusiyaya daxil olan xarici vətəndaşlar barmaq izlərini və fotoşəkillərini təqdim etməli olacaqlar. Bu məlumat həm də rəqəmsal profilin əsasını təşkil edəcək.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin verdiyi məlumata görə, əcnəbilər istədikləri təqdirdə özləri - RuID tətbiqində rəqəmsal profil yarada biləcəklər. Bu, eksperiment çərçivəsində hazırlanacaq əcnəbilər üçün dövlət xidmətlərinin analoqudur.

Profildə Rusiyaya səfəriniz barədə məlumat verə və ölkədə xidmətlər ala bilərsiniz, məsələn, tibbi sığorta üçün müraciət edə və ya Daxili İşlər Nazirliyində qeydiyyatdan keçə bilərsiniz.

Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvləri şamil edilməyəcək.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev vurğulayıb ki, Rusiya hakimiyyəti miqrantların ölkəyə daxil olmasına və onların gələcək hərəkətinə ən müasir texnologiyalar əsasında aydın şəkildə nəzarət etməlidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəsmisisinin oğlu Ukraynada ölüb
Dünya 15:56
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəsmisisinin oğlu Ukraynada ölüb
Krım Rusiya ərazisidir - Tramp
Dünya 15:27
Krım Rusiya ərazisidir - Tramp
Magnitude 4.5 earthquake hits western Türkiye
Dünya 15:00
Magnitude 4.5 earthquake hits western Türkiye
Litva Rusiyanı güc yolu ilə dayandırmağa çağırır
Dünya 13:09
Litva Rusiyanı güc yolu ilə dayandırmağa çağırır
ABŞ və İran görüşü sabah Omanda baş tutacaq
Dünya 13:04
ABŞ və İran görüşü sabah Omanda baş tutacaq
Sabahın havası açıqlanıb
Dünya 12:29
Sabahın havası açıqlanıb
Respondentlərin 802%-i Putinə inandığını deyir
Dünya 12:17
Respondentlərin 802%-i Putinə inandığını deyir
Seysmoloq İstanbuldakı zəlzələni region üçün təhlükə adlandırıb
Dünya 11:48
Seysmoloq İstanbuldakı zəlzələni region üçün təhlükə adlandırıb
Trampın nümayəndəsi Moskvadadır
Dünya 11:47
Trampın nümayəndəsi Moskvadadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol