10 ayda nağdsız ödəniş əməliyyatlarının həcmi iki dəfə artıb

11:02 | 29.11.2023
10 ayda nağdsız ödəniş əməliyyatlarının həcmi iki dəfə artıb

10 ayda nağdsız ödəniş əməliyyatlarının həcmi iki dəfə artıb

2023-cü ilin 10 ayında Azərbaycanda nağdsız ödəniş əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb. Bunu Mərkəzi Bankın İcraçı direktoru Fərid Osmanov deyib. 

"Eyni zamanda mobil bank həllərindən istifadənin sayı son 10 ayda 2 dəfə artıb, bank kartlarının ödənişlərdə çəkisi 55%-ə çatıb. Nağdsız ödənişlərin həcminin artması bərabərində müxtəlif risklər yaradır. Həsas ödəniş məlumatlarının ələ keçirilməsi və ya dələduzluq halları baş verir", - Osmanov noyabrın 29-u ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik təlimində çıxışında qeyd edib. 

Fərid Osmanov Azərbaycan Mərkəzi Bankının VİSA ilə birgə təşkil etdiyi ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı təlimdə bu sahədə maariflənmənin artmasına yönəldiyini bildirib. 
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM