Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DSX) 2024-cü ilin yanvar-fevralda məcburi sosial fondlara ayırmalar üzrə yığımları artırıb.
Dövlət Vergi Xidmətinin məlumatına görə, iki ayda məcburi sosial sığorta haqları üzrə yığımlar 862,8 milyon manat təşkil edib (2023-cü ilin yanvar-fevralı ilə müqayisədə 15,4% və ya 115,2 milyon manat artım). O cümlədən 563,7 milyon manat (+15,6%) qeyri-büdcə təşkilatlarından daxil olub.
İşsizlikdən sığorta üzrə yığımlar 29,7 milyon manat (+18,5%), o cümlədən qeyri-büdcə təşkilatlarından 22,8 milyon manat (+16,7%) təşkil edib.
Yanvar-fevral aylarında icbari tibbi sığorta üzrə yığımlardan daxilolmalar 153,2 milyon manat (+15,5%), o cümlədən qeyri-büdcə təşkilatlarından 110,4 milyon manat (+13,9%) təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !