Bu ilin altı ayında icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub

11:23 | 12.09.2024
Bu ilin altı ayında icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub

Bu ilin altı ayında icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub

Bu ilin altı ayında icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub. Bu barədə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir.

İcbari tibbi sığorta hesabına təminata alınan sünnət cinsiyyət orqanı xərçənginin riskini azaldır. Cərrahi prosedur sayılan sirkumsiziya (sünnət) əməliyyatı cinsiyyət orqanının (pülüyün) üzərində və onu əhatələyən dəridən bir hissəsinin kəsilib çıxarılmasıdır. Prosedur icbari tibbi sığorta hesabına tibbi göstəriş əsasında həyata keçirilir. Prosedur zamanı istifadə olunan anesteziya xidməti icbari tibbi sığorta ilə qarşılanır.

Sünnət olunmazdan əvvəl bir sıra tibbi müayinələrdən keçmək lazımdır. Ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün ixtisaslı həkim müayinəsi, əlavə olaraq qanın ümumi və bəzi infeksion xəstəliklərin analizi, koaquloqramma (qanın laxtalanması) yoxlanılır. Əməliyyat önü müayinə, laborator analizlər, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM