Bu ilin ikinci yarımili Cəbrayılın Horovlu kəndinə ilk köç olacaq

13:23 | 02.05.2024
Bu ilin ikinci yarımili Cəbrayılın Horovlu kəndinə ilk köç olacaq

Bu ilin ikinci yarımili Cəbrayılın Horovlu kəndinə ilk köç olacaq

2024-cü ilin ikinci yarımilinə Cəbrayılın Horovlu kəndinə ilk köç nəzərdə tutulub. Bu barədə "Report"un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Cavabda qeyd olunub ki, kəndə 334 ailənin köçürülməsi nəzərdə tutulur.

"İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində Cəbrayıl rayonun Horovlu kəndi yenidən salınır. Kəndə bu ilin ikinci yarısında 334 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda bərpa-quruculuq işlərinin davam etdiyi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 78 ailənin köçürülməsi planlanlaşdırılır", - cavabda bildirilib.
 
Bundan əvvəl Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq. 
 
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.

Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Cəbrayıl Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il avqustun 23-də işğal olunub. 2020-ci il oktyabrın 4 Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib.

Aygün Mirakif




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM