Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.İ.Qarayev adına Fiziologiya İnstitutunun rəhbərliyində dəyişiklik edilib.
APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında verilən qərara əsasən AMEA-nın müxbir üzvü Telman Ağayev institutun direktoru vəzifəsindən azad olunub.
Fevralın 1-dən etibarən bu vəzifənin icrası institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qaziyevə həvalə edilib.
APA
Bizi sosial şəbəkələrdə izləyin !