Tikinti prosesində qiymət artımı istər
Azərbaycanın, istərsə də digər ölkələrin daşınmaz əmlak bazarlarında müşahidə
olunan tendensiyadır. Uzunmüddətli investisiyada tikinti zamanı 1 kv.m qiyməti
800 AZN olan mənzilin illər sonra 3000 AZN-ə qalxması halları öz əksini tapır.
Artıq 2 ildir ki, Kristal Abşeron tərəfindən
sakinlərin istifadəsinə verilmiş Park Yasamal layihəsi mənzilləri 2 il öncə
kvadrat metri üçün 1190 AZN üzərindən hesablanırdı. Cari vaxtda evin 1 kv.m-in
1590 AZN olduğunu nəzərə alsaq görərik ki, minimum 42 kv.m bir mənzil alsan, 2
ildən az müddətdə 16,800 azn mənfəət əldə etmiş olursan. Bundan əlavə sözügedən
şirkətin Bayıl 1 layihəsində 2 il öncə kvadrat metrinə 1000 AZN ödəyən sakin
hal-hazırda hər kvadrat metrinə 1660 AZN ödəyir. Bu isə 50 kvadrat metrlik mənzil
üzərindən 33,000 AZN xeyir deməkdir. Eyni miqdarda pulun xeyir əmsalını bank
depoziti ilə müqayisə etdikdə isə ortalama 6%-lə 2 il ərzində depozitə
qoyduğunuz 50000 AZN vəsaitdən 7500 AZN xeyir götürə bilərsiniz. Bu isə müqayisədə
kifayət qədər fərq edir.
Göründüyü kimi, daşınmaz əmlaka
düzgün və vaxtında yatırım edən investor 2 il ərzində 30-40%-dək gəlir əldə
edir. Mövcud şəraitdə heç bir sabit investisiya bu qədər mənfəətlə geri
qayıtmır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !