• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

"Bu işdən böyük pul qazananları axtarmaq lazımdır"

19.11.2015 09:36
Küçələrdə hansısa xidmət və ya malı reklam edən vərəqələrin insanlara paylanılması reklam hesab edildiyindən vergi orqanları bununla bağlı qeydiyyat aparmalıdırlar.

Bunu Trend-ə Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev deyib.

Onun sözlərinə görə, həmin vərəqələrdə göstərilən məlumatlar əsasında reklam olunan malın satıldığı ünvanı müəyyənləşdirmək mümkündür: "Bunların qeydiyyatını vergi orqanları aparmalıdır. Bu işləri əsasən, gənclər görürlər. Onlar bu fəaliyyətə görə gənclərə müəyyən qədər faiz ödəyirlər. Gənc 10-15 manat qazanır, ancaq bu işdən böyük pul qazananları axtarmaq lazımdır”.

Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov isə Trend-ə deyib ki, reklam vərəqələrini paylayanlar qeyri-formal əmək bazarının iştirakçılarıdır. Bu işə cəlb olunanlar müqavilə olmadan əmək fəaliyyəti ilə məşğul olurlar: "Onlarla müqavilə bağlanılmır. Onlar bu işləri adətən, avtomobil nəqliyyatının intensiv hərəkət etdiyi yerlərdə görürlər. Bu işdə risklər də çoxdur. Çox şahidi olmuşam ki, vərəqələri paylayanlar özlərini avtomobilin altına atırlar. Sabah onların başına bir hadisə gələrsə, onlar formal olaraq, məhkəməyə müraciət edə bilərlər. Bununla nəyəsə nail ola bilərlər. Amma əmək münasibətləri rəsmi olmadığına görə, işəgötürənlər faktı çox asanlıqla inkar edə bilərlər. "Mən onu tanımıram, biz ona belə tapşırıq verməmişik” - deyərək vəziyyətdən çox asanlıqla çıxacaqlar".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol