• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Bu körpü təmirə bağlanır

Bu körpü təmirə bağlanır
28.05.2015 16:09
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. 

"Azəryolservis” ASC-nin yaydığı məlumata görə, körpünün qəzalı vəziyyətə düşməsinin səbəbi normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkətidır.

Hadisə bu gecə saat 03:00 radələrində baş verib. Bakı şəhəri istiqamətində hərəkət edən daha bir normadan artıq yüklənmiş ağır tonnajlı maşının körpü üzərindən keçməsindən sonra körpünün 2-ci və 3-cü aşırımlarının 4 aşırım tirində sınma baş verib. Nəticədə həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. 

Hazırda körpünün digər hərəkət hissəsi ilə hər iki istiqamətə minik avtomobillərin hərəkəti növbəli şəkildə təmin olunur. Alternativ olaraq ağır tonnajlı maşınlar isə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 90-ci kilometrliyindən, Biləsuvar rayonu ərazisindən yeni salınan avtomobil magistralına çıxıb "servis yolu”ndan istifadə etməklə yenidən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 57-ci kilometrliyinə çıxa bilərlər.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mütəxəsisləri tərəfindən qəzalı vəziyyətə düşmüş avtomobil körpüsünə baxış keçirilir və qəzanın qısa müddətə aradan qaldırılması üçün müvafiq rəy hazırlanır.

Qeyd edək ki, 1991-ci ildə inşa olunmuş və 5 aşırımdan ibarət körpünün uzunluğu 90 metr, eni isə 18 metrdir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:35
Faktiki hava açıqlanıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 00:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 21:29
Xəzər dənizində zəlzələ olub
Faktiki hava açıqlanıb
Cəmiyyət 20:33
Faktiki hava açıqlanıb
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Cəmiyyət 19:24
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Cəmiyyət 18:29
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
Cəmiyyət 17:16
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Cəmiyyət 14:30
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:25
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol