Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

17:40 | 23.04.2019
Paytaxtda bu gün iki küçədə hərəkət məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Anews.az-a verilən məlumata görə, Kövkəb xanım Səfərəliyeva və Dilarə Əliyeva küçələrində mövcud nişanlanma xətlərinin yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq bu gün saat 23:00 - 06:00-a kimi qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə və ya qismən məhdudlaşdırılacaq.

www.anews.az
loading...