Ərazidə mikromobillik imkanlarının artırılması məqsədilə Əziz Əliyev küçəsində velosiped yollarının təşkili ilə bağlı nişanlanma işləri aparılıb.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
İşlər Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrası çərçivəsində görülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !