Bu limandan Azərbaycana yük daşımalarının həcmi açıqlandı

10:40 | 10.05.2019
Bu limandan Azərbaycana yük daşımalarının həcmi açıqlandı

Bu limandan Azərbaycana yük daşımalarının həcmi açıqlandı

2019-cu ilin yanvar-aprel aylarında Gürcüstanın Batumi limanından Azərbaycana yük daşımalarının ümumi həcmi 128 269 ton olub, bunu Trend-ə Batumi dəniz limanındakı mənbə bildirib.


Bu həcmdən 95 646 tonu xam şəkərin payına düşüb:


"Bundan başqa, 12 836 ton palma yağı, 12 871 ton soya, 3 608 ton qarğıdalı yağı və 3 308,25 ton lonjeron bu müddət ərzində Batumi limanından Azərbaycana daşınıb".


Xatırladaq ki, 2018-ci il ərzində Azərbaycandan Batumi limanına yük daşımalarının həcmi 26 119 ton təşkil etmişdi.


Ötən il Batumi limanından Azərbaycana yük daşımalarının həcmi isə 336 702 tona bərabər olub. Bunlardan 183 315 ton xam şəkər, 53 850 ton palma yağı, 62 887 ton soya, 20 512 ton rels, 12 809 ton qarğıdalı yağı, 3 3225 tonu isə laminatın payına düşüb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb