Böyük Britaniya Azərbaycana və Ermənistana qarşı hərbi avadanlıq satışına qoyduğu embarqonu bundan sonra da davam etdirəcək.
Böyük Britaniya hökuməti ölkədən ixrac və ticarət lisenziyalarını araşdırdıqdan sonra bu barədə bəyanat verib. Bəyanatda vurğulanır ki, alınan silah Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Ermənistan - Azərbaycan sərhədində işlədilə bilər.
Bu barədə bəyanatı Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Devid Lidinqton səsləndirib. Onun sözlərinə görə, Cənubi Qafqaz Böyük Britaniya üçün strateji bölgədir. “2012-2013-cü illərdə Azərbaycan və Ermənistan arasında sülhün bərqarar olması üzrə layihələrə 1,245 mln. funt sterlinq xərclənib”, - deyə Devid Lidinqton vurğulayıb.
ANS
Bizi sosial şəbəkələrdə izləyin !