Bu ölkə bayrağını dəyişdirəcək

12:03 | 31.10.2014
Bu ölkə bayrağını dəyişdirəcək

Bu ölkə bayrağını dəyişdirəcək

Yeni Zelandiyanın milli bayrağı dəyişdiriləcək. ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin baş naziri Con Key elan edib. O bildirib ki, iki il sonra referendum keçiriləcək və yeni bayraq müəyyənləşəcək. Hazırda ölkənin müxalif qüvvələri Yeni Zelandiya bayrağının Böyük Bitaniyaya daha əvvəl daxil olmuş koloniyaların bayraqlarına çox oxşadığını iddia edirlər.Referendumun proseduru iki mərhələdə baş tutacaq. Növbəti ilin sonunda vətəndaşlar bir neçə variantda bayrağın yeni dizaynını seçəcəklər. İkinci mərhələdə isə ölkə vətəndaşları yeni bayraq və ya əvvəlki bayraq arasında seçim edəcəklər.Həmçinin referenduma hazırlıqla bağlı komitə təşkil olunacaq və buraya ölkənin bütün siyasi partiyalarından bir nümayəndə daxil olacaq. Qeyd edək ki, Avstraliyanın milli bayrağı da Yeni Zelandiya bayrağı ilə çox oxşardır. Bu ilin mart ayında Avstraliyanın xarici işlər naziri Djuli Bişop onun ölkəsinin bayrağının dəyişməsinə böyük ehtiyac olduğunu bildirmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM