Bu ölkə də Azərbaycandakı səfirliyini bağlayır

11:55 | 30.07.2019
Bu ölkə də Azərbaycandakı səfirliyini bağlayır

Bu ölkə də Azərbaycandakı səfirliyini bağlayır

Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.


Anews.az xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.


Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu məsələni şərh edərək bildirib: "Beynəlxalq təcrübəyə uyğun olaraq, hər hansı ölkədə səfirlik/diplomatik nümayəndəlik açmaq və ya bağlamaq qərarı dövlətlərin suveren hüququdur".
Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb